Banner

İnvestisiya

İnvestorlar ehtiyat edirlər, açıqlanacaq göstəriciləri gözləyirlər

İnvestorlar ehtiyat edirlər, açıqlanacaq göstəriciləri gözləyirlər | FED.az
12:43 18 Fev 2021

Amerika Mərkəzi Bankın (FED) yanvar ayının 26 - 27-sı baş tutan toplantı protokolunda, iqtisadi aktivliyin və məşğulluğun son aylar zəifləməsinin vurğulanması, dollar indeksində son günlərin yüksəlişi müqavimətlə rastıaşıb. Bununla yanaşı, Amerikada artan inflyasiyanın dayanıqlı olması üçün iqtisadi inkişaf ilə üst-üstə düşməsinin önəmliyinin də açıqlanması, investorların qərarlarının daha ehtiyatlı olacağından xəbər verir və yayımlanacaq gələcək fundamental göstəriciləri gözləyəcəklər. 

Beləliklə, EUR/USD və GBP/USD məzənnələri də müvafiq olaraq 1.20 və 1.38$-ın üzərində dəstək görüb. Əlvan metallar bazarlarında da qızılın qiymətində korreksiya müşahidə edilir. 

Bu gün diqqət mərkəzində olan digər önəmli hadisə isə Türkiyə Mərkəzi Bankının (TCMB) faiz qərarıdır. Burada proqnozlaşdırıldığı kimi dəyişiklik olmasa, USD/TRY məzənnəsində son bahalaşma 7.14TL-yə kimi güclənə bilər. USD/JPY məzənnəsi də müqavimətlə rastlaşıb və treyderlər 106 yen müqavimətinin qırılmasını gözləyirlər. 

Kriptovalyuta birjalarında isə bitkoin önəmli müqavimət səviyyəsi sayılan 54000$-a doğru dəyər qazanmaqda davam edir və ripl üzrə treyderlər fevralın 22-ni - "Ripple Labs" ilə Amerikanın qiymətli kağızlar bazarına nəzərat qurumu (SEC) arasında ilk məhkəmə prosesinin gedişatını gözləyirlər. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Banner
Banner

Digər xəbərlər