Banner

İnvestisiya

İnvestorlar gözləmə mövqeyini seçiblər - GÜNƏ BAXIŞ

İnvestorlar gözləmə mövqeyini seçiblər - GÜNƏ BAXIŞ | FED.az
09:28 5 May 2021

Amerikanın əmək bazarına dair cümə günü dərc ediləcək fundamental göstəricilər fonunda müsbət proqnozlar özünü dolların qiymətlərində əks olunandan sonra investorlar gözləmə mövqeyini seçiblər. Bu səbəbdəndir ki, EUR/USD və GBP/USD məzənnələrində ticarət aktvliyi aşağı düşüb.

Lakin bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:00-da Avrozonadan və saat 18:00-da Amerikadan açıqlanacaq xidmət sektorunda biznes aktivliyi indeksləri də önəmli rol oynayacaqdır. 

Qızıl, bitkoin, USD/JPY və USD/TRY qiymətlərində də eyni tendensiya müşahidə edilir. 

Qeyd etmək lazımdır ki, texniki təhlillərə əsasən dollar indeksi üzrə növbəti önəmli müqavimət səviyyələri 91.57 və 92.29 punktdur. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Banner
Banner

Digər xəbərlər