İnvestisiya

İran "Caspian Pharmed" əczaçılıq zavoduna 11 milyon dollardan çox sərmayə yatıracaq

İran "Caspian Pharmed" əczaçılıq zavoduna 11 milyon dollardan çox sərmayə yatıracaq | FED.az
13:14 16 Yan 2017

İran tərəfi "Caspian Pharmed" əczaçılıq zavoduna 11 milyon dollardan çox sərmayə yatıracaq.

FED.az Azertag-a istinasən xəbər verir ki, bu sözləri İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əsas hədəf zavod istehsala başlayandan sonra Azərbaycanın dərman idxalından asılılığını aradan qaldırmaqdır. Gələcəkdə qonşu ölkələrə - Rusiyaya, Gürcüstana, Qazaxıstana və Mərkəzi Asiya ölkələrinə 1 milyon dollar dəyərində müxtəlif dərmanlar ixrac ediləcək.

Azərbaycanla əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsini vurğulayan nazir qeyd edib ki, turizm, yol infrastrukturu və iqtisadiyyatın digər sahələrində birgə fəaliyyət nəzərdə tutulub.

Digər xəbərlər

Banner