İnvestisiya

İranda yeni iqtisadi böhran başlaya bilər - MƏQALƏ

İranda yeni iqtisadi böhran başlaya bilər - MƏQALƏ | FED.az
19:10 10 May 2018

ABŞ prezidenti Donald Trampın İranla imzalanmış nüvə sazişindən çıxması ilə bağlı verdiyi qərar İran iqtisadiyyatına təsirsiz ötüşməyəcək.  Vaşinqton nüvə razılaşmasına qədər olan bütün sanksiyları bərpa edəcək, bundan başqa İrana qarşı yeni iqtisadi sanksiyaların tətbiq ediləcəyi gözlənilir.
Məlum olduğu kimi, 2016-c ildə ABŞ və Avropa ölkələrinin İranla imzaladığı nüvə razılaşmasından sonra tətbiq olunan bir sıra beynəlxalq sanksiyalar götürülmüş və 2016-cı ildən ölkə iqtisadiyyatında müsbət artım templəri müşahidə olunmağa başlamışdır. Belə ki, 2016-cı ildə İİR-da ÜDM 12.5% artaraq 412,2 mld ABŞ dolları təşkil etmişdir. İqtisadi artım əsasən neft və təbii qaz istehsalı və ixracı nəticəsində baş vermişdir.

Eləcə də bax: İran pulu sürətlə dəyərdən düşür – DOLLAR TAPILMIR

Lakin son günlər baş verən proseslər fonunda İranın milli valyutası rial dollara nisbətdə kəskin ucuzlaşmışdır. Tətbiq olunacaq yeni iqtisadi sanksiyalar nəticəsində gəlirlərin azalması fonunda inflyasiya səviyyəsinin yüksəlməsi (2017-ci ildə 10.5% təşkil etmişdir) və 2018-ci ildə iqtisadiyyatda geriləmənin baş verməsi ehtimal olunur. İqtisadi fəaliyyət və dövlət gəlirləri nef və qaz satışı hesabına formalaşdığı üçün tətbiq olunacaq olan yeni sansksiylar İranı yeni iqtisadi böhran astanasına gətirəcəkdir. 

Eləcə də bax: «Məsələ Trampda deyil» - LİRƏNİ UCUZLAŞDIRAN 6 SƏBƏB

Vaşinqtonun İranla bağlı məlum qərarından sonra dünya bazarlarında neftin qiyməti 2014-cü ilin noyabr səviyyəsinə qədər artmışdır. Bununla yanaşı Tramp İrandan neft alışını həyata keçirən idxalçılara bu fəaliyyətin dondurulması üçün 180 gün vaxt vermişdir.

Qeyd edək ki, İran Yaxın Şərq və Şimali Afrika bölgəsində ikinci ən böyük iqtisadiyyata sahib olan ölkədir. İran iqtisadiyyatı karbohidrogen ehtiyatları, kənd təsərrüfatı və xidmət sahələri, o cümlədən dövlətin iştirak payı olan istehsal və maliyyə sektorundan ibarətdir.  İran təbii qaz ehtiyatlarına görə dünyada ikinci, xam neft ehtiyatlarına görə isə dördüncü yerdədir.
 
FED.az üçün Zamiq Şükürov, iqtisadçı

 

Digər xəbərlər

Banner