Banner

İnvestisiya

Maliyyə bazarlarında - Son Vəziyyət

Maliyyə bazarlarında - Son Vəziyyət | FED.az
10:42 17 May 2021

EUR

Almaniya iqtisadiyyatına dair risklərin artması, EURUSD məzənnəsini təzyiq altında saxlayan əsas səbəbdir. Hazırda 30 punkt 1.21$-ın üzərində ticarət edilən avronun gələcək qiyməti fonunda cümə günü Bakı vaxtı ilə saat 11:30-da Almaniyadan, saat 12:00-da Avropadan dərc ediləcək sənaye və xidmət sektorlarına dair biznes aktivliyi indeksləri önəmli rol oynayacaqdır. 

GBP

Breksit və korona karantin tədbirləri İngiltərə iqtisadiyyatına mənfi təsir etməklə, GBPUSD məzənnəsinin də 1.41$-ın altında dalğalanmasına səbəb olur. 

Cümə günü saat 12:30-da İngiltərənin də sənaye və xidmət sektorları ilə bağlı yayımlanacaq göstəricilər ilə yanaşı, çərşənbə axşamı saat 10:00-da əmək və çərşənbə günü də həmin saatda inflyasiya rəqəmləri açıqlanacaq. 

TRY

Türkiyədə inflyasiyanın artması, lirəni də təzyiq altında saxlamaqda davam edir. Lakin USDTRY məzənnəsində korreksiya müşahidə edilir. Təhlillərə əsasən ayın 3-də yayımlanacaq yeni inflyasiya rəqəmlərinə kimi məzənnədə ucuzlaşma 8.32TL-yə kimi davam edə bilər. 

OIL

Enerji birjalarında isə neft dəyər qazanmaqda davam edir və 69$ müqavimətin qırılması növbəti zirvələr üçün vacib olacaqdır. 

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir. 

GOLD

Qlobal siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızılın da dəyər qazanmasına səbəb olur və bahalaşama 1876$-a (60.3 $/qram) kimi davam edə bilər.

Məlumat Azərbaycanın  InvestAZ  İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Banner
Banner

Digər xəbərlər