Banner

İnvestisiya

Qızılın qiymətində növbəti bahalaşma dalğası - Baş Verə Bilər

Qızılın qiymətində növbəti bahalaşma dalğası - Baş Verə Bilər | FED.az
10:04 19 Mart 2021

Amerikanın əmək bazarına dair fundamental göstəricilərin mənfi açıqlanması, dollara qarşı təzyiqləri daha da artırmışdı. Təhlillərə əsasən, dollar indeksi 92 punktun altında qalarsa, mart ayının minimumlarına qayıda bilər. 

EUR/USD və GBP/USD məzənnələrində də ucuzlaşma dinamikası zəifləmişdir. USD/TRY məzənnəsində isə ucuzlaşma TCMB-nin siyasətini daha da sərtləşməsi fonunda daha sürətli olmuşdur. USDJPY məzənnəsində də korreksiya müşahidə edilir. 

Əlvan metallar bazarlarında da qızılın qiyməti dəstək görür və 1740$-ın qırılması növbəti bahalaşma dalğası üçün önəmli rol oynayacaqdır. Kriptovalyuta birjalarında bitkoinin qiyməti 58600$ və 60100$ müqavimətləri ilə sınağa çəkiləcəkdir. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Banner
Banner

Digər xəbərlər