İnvestisiya

Tacikistan Gəncə şəhərinə investisiya yatıracaq

Tacikistan Gəncə şəhərinə investisiya yatıracaq | FED.az
16:30 21 Noy 2017

Tacikistanın “Tacik Alüminium Şirkəti” və “Somon Air” aviaşirkətinin nümayəndələrindən ibarət biznes heyəti Azərbaycanda rəsmi səfərdə olub.

Bu barədə Tacikistanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində qonaqlar İqtisadiyyat naziri Şahin Mustafayev, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Davud Məmmədov və “DET-Al” Alüminium Zavodunun baş direktoru Sərxan Babayevlə görüşüblər.

Tacikistanın “TALCO” şirkəti ilə “DET-Al” Alüminium Zavodu arasında təchizat müqaviləsi imzalanıb və bu müqavilə dekabrda qüvvəyə minəcək. Həmçinin, 2018-ci ildə Gəncə Gil-Torpaq Kombinatına investisiya yatırılması ilə bağlı da razılıq əldə edilib.

© gancapost.com

Digər xəbərlər