Banner

İqtisadiyyat

2-ci Dünya müharibəsindən bəri - ƏN BÖYÜK BÖHRAN – YENİ PROQNOZLAR

2-ci Dünya müharibəsindən bəri - ƏN BÖYÜK BÖHRAN – YENİ PROQNOZLAR | FED.az
09:18 9 İyun 2020

Dünya Bankı, koronavirus epidemiyasının qlobal iqtisadiyyatın İkinci Dünya Müharibəsindən bəri ən dərin iqtisadi tənəzzülə uğradığını bildirərək, qlobal iqtisadiyyatın bu il 5,2 faiz azalacağını proqnozlaşdırdı.

Eləcə də bax: Aİ pandemiyadan sonra iqtisadiyyatın bərpası üçün məbləği - AÇIQLADI

FED.az xəbər verir ki, bu barədə Dünya Bankının iyunda açıqlanan «Qlobal İqtisadi Proqnozlar Hesabatı»nda bildirilir.

Məruzədə bildirilir ki, yeni növ koronavirus (Kovid-19) epidemiyasının yaratdığı sürətli və böyük şok, eləcə də epidemiyaya qarşı görülən tədbirlər iqtisadiyyatın ciddi azalmasına və nəticədə qlobal iqtisadiyyatın bu il 5,2 faiz azalacağına səbəb olacaq. Məruzədə bildirilir ki, bu, İkinci Dünya Müharibəsindən bəri baş verən ən dərin tənəzzülü əks etdirir.

Xatırladaq ki, Dünya Bankı, yanvar ayında etdiyi təxminlərdə bu il qlobal iqtisadiyyatın 2,5 faiz artacağını gözləyirdi. Bankın hesabatında 2021-ci il üçün qlobal iqtisadi artım proqnozu 2,6 faizdən 4,2 faizə qaldırıldı.

ABŞ iqtisadiyyatı 6,1%, Avrozonası 9,1% azalacaq

İnkişaf etmiş ölkələrdə daxili tələb və təklif, ticarət və maliyyədə ciddi pisləşmələrin olduğunu bildirən hesabatda, bu ölkələrin iqtisadiyyatının 2020-ci ildə orta hesabla 7 faiz azalması, gələn il isə 3,9 faiz böyüməsi gözlənilir. İnkişaf etmiş ölkələr qrupunda olan ABŞ iqtisadiyyatı bu il 6,1 faiz azalacağı və gələn il 4 faiz artacağı gözlənilir. Avrozona iqtisadiyyatının isə bu il 9,1 faiz nisbətində azalacağı, gələn il 4,5 faizlik bir böyümə performansı göstərəcəyi proqnoz edilir. Bu il Yaponiya iqtisadiyyatı 6,1 faiz azalsa da, gələn il onun 2,5 faiz böyüdüləcəyi proqnozu da hesabata daxil edilib.

Milyonlarla insan ifrat dərəcədə yoxsullaşacaq

İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının bu il orta hesabla 2,5 faiz azalacağı təxmin edilən hesabatda, adambaşına düşən gəlirin 3,6 faiz azalmasının gözlənildiyi və bu vəziyyətin milyonlarla insanın ifrat yoxsulluq səviyyəsinə enəcəyi bildirilir. İnkişaf etməkdə olan ölkələrin 2021-ci ildə yüzdə 4,6 nisbətində bir böyümə performansı göstərəcəyi gözlənilir.

Çinin artım sürəti azalır

Çinin bu il üçün iqtisadi artım proqnozu 5,9 faizdən 1 faizə endirildi. Çin iqtisadiyyatının gələn il 6.9 böyüyəcəyi proqnozlaşdırılır. Rusiya iqtisadiyyatının bu il 6 faiz azalması gözlənilsə də, 2021-ci ildə bunun 2.7 faiz artacağı təxmin edilir. Hindistan iqtisadiyyatının bu il 3,2 faiz daralmasına baxmayaraq, gələn il onun 3,1 faiz artacağı proqnozlaşdırılır.

Hesabatda Türkiyə iqtisadiyyatına istiqamətli gözləntilərin də olduğu, ölkə iqtisadiyyatının bu il 3,8% azalacaq, 2021-ci ildə 5% artacağı təxmin edilir.

Digər xəbərlər

Banner