İqtisadiyyat

2021-ci ilin ilk rübündə gömrük xətti ilə büdcəyə daxilolmalar - 5% Azaldı

2021-ci ilin ilk rübündə gömrük xətti ilə büdcəyə daxilolmalar - 5% Azaldı | FED.az
15:53 9 Aprel 2021

Azərbaycanda Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 350.13 milyon manat həcmində vəsait daxil olub.

Eləcə də bax: "Gömrük Komitəsi bu il büdcə öhdəliyinə 119% əməl edib"

FED.az Banker.az-a istinadən xəbər verir ki,  bu da öncəki ayla müqayisədə 13% artım dinamikasıdır.

Daxilolmalardan gömrük rüsumu üzrə 101.89 milyon manat, ƏDV üzrə 228.33 milyon manat, aksizlər üzrə 15.46 milyon manat və yol vergisi üzrə 4.45 milyon manat daxil olub.

Cəmi daxil olmalar 2021-ci ilin ilk rübündə 943.54 milyon manat olub, bu da öncəki ilin müvafiq dövrü ilə müqayisədə 47.48 milyon manat, yaxud 5% azdır.

Banner
Banner

Digər xəbərlər