İqtisadiyyat

Adambaşına 82,2 manatlıq xidmət göstərilib - ARTIM VAR

Adambaşına 82,2 manatlıq xidmət göstərilib - ARTIM VAR | FED.az
11:22 22 Fev 2020

Bu ilin yanvarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq ayı ilə müqayisədə real ifadədə 4,8 faiz artaraq 817,6 milyon manat olub.

Eləcə də bax: Azərbaycanda 390-dan çox mal və xidmət - BAHALAŞIB

FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 602,3 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 73,7 faizini təşkil edib.

Yanvarda hər bir ölkə sakini orta hesabla 82,2 manatlıq və ya ötən ilin eyni ayına nisbətən nominal ifadədə 4,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Qeyd edək ki, 2019-cu ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci illə müqayisədə Bakı şəhəri üzrə 4 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 2,7 faiz, Abşeron və Aran iqtisadi rayonları üzrə 2,6 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 2,5 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 1,8 faiz, Lənkəran iqtisadi rayonu üzrə 1,3 faiz, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 1 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 0,7 faiz, Naxçıvan Muxtar Respublikası üzrə 0,4 faiz artıb.

Azərtac

Digər xəbərlər