İqtisadiyyat

Azərbaycan ərzaq məhsullarının idxalını təxminən - 20% ARTIRIB

Azərbaycan ərzaq məhsullarının idxalını təxminən - 20% ARTIRIB | FED.az
10:24 16 Yan 2020

Azərbaycan 2019-cu ildə ərzaq məhsullarının idxalını 19,9% - $1 milyard 644 milyon 360,26 minədək artırıb.

FED.az xəbər verir ki. bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Ərzaq idxalının strukturunda əsas həcm – 1 milyon 584,998 min ton (artım 46,6%) buğdanın ($340 milyon 533,08 min), 345,741 min ton (artım 14,2%) meyvə-tərəvəz məhsullarının ($194 milyon 390,63 min), 51,546 min ton (artım 8,7%) ətin ($79 milyon 448,1 min), 167,611 min ton (artım 8,6%) bitki və heyvan mənşəli yağların ($141 milyon 237,59 min) payına düşüb.

2019-cu ildə Azərbaycana $71 milyon 576,6 min dəyərində 14 min 32,27 ton kərə yağı (artım 15,9%) idxal edilib.

Hesabat ilində Azərbaycana bütün idxalın 12,03%-i ərzaq məhsullarının payına düşüb.

Digər xəbərlər

Banner