İqtisadiyyat

Azərbaycan Gürcüstandan siqaret idxalını - 15 DƏFƏ AZALDIB

Azərbaycan Gürcüstandan siqaret idxalını - 15 DƏFƏ AZALDIB | FED.az
14:10 6 Mart 2020

Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 33 min qutu (hər birisində 1 000 ədəd olmaqla) siqaret və digər tütün məmulatları ixrac olunub.

Eləcə də bax: Xaricdən gətirilən siqaretlərə - VERGİLƏR KƏSKİN ARTIRILDI

FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Azərbaycanın qonşu ölkədən idxal etdiyi tütün məhsullarının ümumi dəyəri 856 min ABŞ dolları təşkil edib.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan tədarük etdiyi siqaret və tütün məmulatlarının həcmi 15,3 dəfə azalıb.

Report

Digər xəbərlər