İqtisadiyyat

Azərbaycana geyim idxalı – 4 DƏFƏYƏ YAXIN AZALIB

Azərbaycana geyim idxalı – 4 DƏFƏYƏ YAXIN AZALIB | FED.az
09:29 19 May 2020

Pandemiya dövründə Azərbaycana geyim idxalı 4 dəfəyə yaxın azalıb.

FED.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, ilin idk 4 ayında ölkəyə 64,1 milyon dollarlıq Geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 14,8% azdır.

Eləcə də bax: Geyim, kosmetika, qızıl, mobil cihazların satışına dair - QAYDALAR MÜƏYYƏNLƏŞİB

Geyim idxalının azalması koronavirus pandemiyası və onun qarşısını almaq üçün tətbiq edilən məhdudlaşdırma tədbirləri ilə əlaqədardır. Qeyd edək ki, məhdudlaşdırma zamanı mağazaların da fəaliyyəti dayandırılmış və nəticədə böyük həcmdə geyim əşyaları satılmadan qalmışdı. Geyim sektorunda çalışanlar yaz-yay mövsümü satışlarının demək olar ki, tamamilə itirildiyini bildirirlər. Bunun nəticəsidir ki, aprel ayında geyim idxalı daha kəskin azalıb. DGK-nin məlumatına görə, ötən ay ölkəyə cəmi 5,2 milyon dollarlıq geyim əşyaları gətirilib. Müqayisə üçün bildirək ki, yanvarda geyim əşyalarının idxalı 17,1 milyon dollar, fevralda 23,8 milyon dollar, martda 17,9 milyon dollar olmuşdu. Başqa sözlə, ilk 3 ayda ölkəyə geyim idxalının orta aylıq həcmi 19,6 milyon dollar ətrafında olub.

Apreldə isə idxal bu göstərici ilə müqayisədə 3,7 dəfə azalıb.

Digər xəbərlər

Banner