Banner

İqtisadiyyat

Azərbaycanlılar Rusiyaya - 105 MİLYON DOLLARLIQ XURMA SATIBLAR

Azərbaycanlılar Rusiyaya - 105 MİLYON DOLLARLIQ  XURMA SATIBLAR | FED.az
11:56 17 Fev 2020

2019-cu ildə Azərbaycan $104 milyon 659,84 min məbləğində təzə xurma ixrac edib.

FED.az xəbər verir ki, “2019-cu ildə Azərbaycan $104 milyon 659,84 min məbləğində 146,075 min ton xurma ixrac edib. 2018-ci illə müqayisədə xurma ixracı miqdar ifadəsində 3,2%, dəyər ifadəsində 8,6% azalıb”, - deyə məlumatda bildirilir.

Eləcə də bax: Azərbaycan qurudulmuş xurma - İXRAC EDƏCƏK

Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb. Belə ki, 2019-cu ildə Rusiyaya $95 milyon 277,23 min məbləğində (azalma 9,4%) 118,076 min ton (azalma 7,4%) təzə xurma ixrac olunub. Ümumilikdə, ötən il Azərbaycandan təzə xurma ixracının 81%-i RF-nin payına düşüb.

2018-ci ildə Azərbaycan $114 milyon 538,97 min məbləğində 150,912 min ton təzə xurma ixrac edib. Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb. Belə ki, ötən il Rusiyaya $105 milyon 168,89 min məbləğində 127,547 min ton xurma ixrac edilib.

İnterfaks

Digər xəbərlər

Banner