İqtisadiyyat

Bakıda son üç ayda ticarət dövriyyəsinin - HƏCMİ ARTIB

Bakıda son üç ayda ticarət dövriyyəsinin - HƏCMİ ARTIB | FED.az
09:11 6 May 2020

2020-ci ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artaraq 5 milyard 124,6 milyon manat olub.

Eləcə də bax: ƏDV-nin geri qaytarılması ilə bağlı – ƏN VACİB 33 SUAL VƏ CAVABI

FED.az xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 0,9 faiz artaraq 2 milyard 378,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,1 faiz artaraq 2 milyard 746,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 30,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 20,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 48,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Trend

Digər xəbərlər

Banner