Banner

İqtisadiyyat

Çin 2020-ci il üçün - 15 İQTİSADİ HƏDƏF AÇIQLAYIB

Çin 2020-ci il üçün - 15 İQTİSADİ HƏDƏF AÇIQLAYIB | FED.az
16:58 31 May 2020

Koronavirusun ilk dəfə ortaya çıxdığı Çinin Xalq Məclisinin son yığıncağında ölkə ərazisində epidemiya səngiyəndən sonra əhalinin yaşayışı baxımından maraq doğuran 15 hədəf müəyyənləşdirilib.

Eləcə də bax: Çin koronavirusdan zərər çəkən ölkələrə - 2 MİLYARD DOLLAR AYIRIR

FED.az xəbər verir ki, Çinin Baş naziri Li Keqaianqın təqdim etdiyi hesabata əsasən, hökumətin bu il üçün hədəfləri bunlardır:

1. Şəhər və kənd regionlarında ən azı 9 milyon yeni iş yeri yaradılacaq. Faktiki işsizlik səviyyəsi 6 faiz, qeydiyyata alınmış işsizlik səviyyəsi isə 5,5 faiz hüdudunda saxlanılacaq;

2. İstehlak qiymətləri 3,5 faiz səviyyəsində saxlanılacaq;

3. Mövcud standartlara görə kənd regionlarında yoxsul əhali qalmayacaq;

4. Maliyyə kəsiri səviyyəsi ən az 3,6 faiz olacaq;

5. Dövlət epidemiya ilə mübarizə üçün 1 trilyon yuan (239 milyard manat) vəsait ayıracaq;

6. İl boyunca müəssisələr üçün vergi və sosial sığorta yükü 2 trilyon yuan (597 milyard manat) azaldılacaq;

7. Vətəndaşların gəlirlərinin artırılması və iqtisadi artım tempi tarazlaşdırılmış şəkildə qorunacaq;

8. Geniş zolaqlı və özəl internet xətlərinin qiymətləri 15 faiz azaldılacaq;

9. İri kommersiya banklarının kiçik və orta biznes subyektlərinə verəcəkləri kreditin artımı 40 faizdən artıq olacaq;

10. Bu il və gələn il 35 milyon vətəndaşa peşə təlimi veriləcək və ali ixtisas məktəblərinə 2 milyon əlavə tələbə qəbul ediləcək;

11. 3,5 trilyon yuan (896 milyard manat) dəyərində yerli özəl istiqrazlar buraxılacaq;

12. Şəhər və kənd regionlarında 39 min köhnə məhəllə bərpa olunacaq;

13. Dəmir yolu inşasına 100 milyard yuan (23,9 milyard manat) investisiya ayrılacaq;

14. 5 milyon 333 min hektar yüksək standartlı kənd təsərrüfatı sahəsi istifadəyə veriləcək;

15. Tibbi sığortada adambaşına düşən subsidiyalar 30 yuan (7,2 manat) artırılacaq.

Digər xəbərlər

Banner