İqtisadiyyat

Duru bitki yağları istehsalı tənəzzüldə!

Duru bitki yağları istehsalı tənəzzüldə! | FED.az
09:13 16 Fev 2018

Azərbaycanda duru bitki yağları istehsalı azalıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar ayında 3 423,8 ton duru bitki yağları istehsal edlib. Bu, əvvəlki ilin yanvar ayına nisbətən 27,6%azdır. Eyni zamanda istehsal olunmuş məhsulun böyük hissəsi satılmayıb. 01.02.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 2 164,1 ton təşkil edib.

Qeyd edək ki, son vaxtlar xaricdə istehsal olunan duru yağlar bazarda özünə daha çox yer edib.

2018-ci ilin yanvar ayında əvvəlki ilin yanvar ayı ilə müqayisədə tütün məmulatlarının istehsalında 2,8 dəfə artım, qida məhsullarının istehsalında 1,0 faiz, içki istehsalında isə 24,8 faiz azalma müşahidə olunmuşdur.

Bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 1,0 faiz, kərə yağı istehsalı 2,3 faiz, marqarin istehsalı 3,6 faiz, brendi (konyak) istehsalı 2,7 dəfə, alkoqolsuz içkilərin istehsalı 8,2 faiz artmış, bununla yanaşı kolbasa məmulatlarının istehsalı 0,5 faiz, duru bitki yağlarının istehsalı 27,6 faiz, cem və marmeladların istehsalı 0,8 faiz, qənd istehsalı 84,0 faiz azalmışdır.


Qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində əsas məhsul növlərinin istehsalı

Məhsul növləri

2018-ci ilin yanvar ayında istehsal edilmişdir

Əvvəlki ilin yanvar ayına nisbətən,faizlə

01.02.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Qida məhsulları

Ət (quş əti daxil olmaqla), min ton

26,0

107,0

-

Kolbasa məmulatları, ton

555,2

99,5

3,2

Üzlü süd, min ton

75,9

99,6

-

Qaymaq və xama, ton

395,9

100,2

0

Pendir və kəsmik, ton

4 133,0

101,0

71,5

Kərə yağı, ton

1 996,6

102,3

36,3

Cem və marmeladlar, ton

5 727,7

99,2

1 571,9

Duru bitki yağları, ton

3 423,8

72,4

2 164,1

Marqarin, ton

4 670,1

103,6

958,7

İnsanın qidalanması üçün yararlı

olan duz, ton

2,7

50,6

0,6

Qənd və şəkər tozu, min ton

3,9

16,0

8,4

Çörək və çörək-bulka məmulatları (əmtəəlik), min ton

64,8

101,0

-

Məhsul növləri

2018-ci ilin yanvar ayında

istehsal edilmişdir

Əvvəlki ilin yanvar ayına

nisbətən,

faizlə

01.02.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

İçki məhsulları

Şampan şərabı, min dkl

-

-

1,0

Araq, min dkl

36,6

91,2

67,8

Brendi (konyak), min dkl

0,8

2,7 d.

28,4

Üzüm şərabı, min dkl

342,8

59,1

1 243,1

Pivə, min dkl

83,1

115,6

226,9

Likörlər, min dkl

9,1

104,6

71,1

Alkoqolsuz içkilər, min dkl

826,1

108,2

376,5

Tütün məmulatları

Fermentləşdirilmiş tütün, ton

600,7

138,1

-

Papiros və siqaretlər, milyon ədəd

213,6

1,8 d.

1,1

Digər xəbərlər

Banner