İqtisadiyyat

Ərəb ölkələri pis vəziyyətdə - DOLLAR AXTARIRLAR

Ərəb ölkələri pis vəziyyətdə - DOLLAR AXTARIRLAR | FED.az
09:50 22 İyul 2020

“S&P” tərəfindən hazırlanan hesabata görə, koronavirusun yayılması nəticəsində düşən neft qiymətləri Körfəz ölkələrinin iqtisadiyyatlarına vurduğu ziyanı artır.

Eləcə də bax: Pandemiyadan qazanclı çıxmış ölkənin adı - AÇIQLANDI

FED.az xəbər verir ki, ərəb ölkələrinin büdcə kəsirlərini ödəmək üçün 490 milyard dollar borc alması gözlənilir.

“Maliyyə problemi 2023-ə qədər davam edər”

Trevor Cullinanın hesabatına görə, aşağı neft qiymətlərinin Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt Bəhreyn və Oman kimi ölkələrə təsiri 2023-cü ilə qədər davam edəcək.

Neft qiymətlərindəki dəyişkənliklə yanaşı, ərəb ölkələri 2014-cü ildən bəri iqtisadiyyatlarını şaxələndirməyə və xidmət sektoruna daha çox diqqət ayırmağa hazırlaşırlar.

Bəhreyn və Qətər bu il istiqraz buraxılışlarını sürətləndirərkən, Oman böyük miqdarda borc axtarışındadır.

Bildirilir ki, Omanın əlindəki maliyyə alətlərini satmaqla borclarını azaltmaq addımını da ata bilər.

 

30 dollardan 55 dollara

“S&P”nin hesabına görə, Brent markalı neftin bir barel qiymətinin 2020-ni 30 dollarla, 2021-i 50 dollarla və 2022-ni 55 dollarla başa vurması gözlənilir.

Körfəz ölkələrinin büdcə kəsirinin milli gəlirə nisbəti 2019-cu ildə 5% olduğu halda, bu il bu rəqəmin 18% qədər artacağı gözlənilir.

Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər və Omanın nağd pul axtarışında olduğu, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin isə əllərindəki qaynaqlarını satacağı bildirilir.

Digər xəbərlər