İqtisadiyyat

Gömrük Komitəsi qeyri-iş günlərində də - İŞLƏYƏCƏK

Gömrük Komitəsi qeyri-iş günlərində də - İŞLƏYƏCƏK | FED.az
12:45 19 May 2020

Dövlət Gömrük Komitəsi qeyri-iş günləri ilə bağlı məlumat yayıb.

FED.az xəbər verir kii, Azərbaycan ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən qarşıdan gələn qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri mayın 25-dən etibarən gündəlik iş rejimində fəaliyyət göstərəcək.

Qeyd edək ki, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.

Qafqazinfo

Digər xəbərlər

Banner