İqtisadiyyat

Gömrük Komitəsinin büdcəyə ödəmələri - AÇIQLANDI

Gömrük Komitəsinin büdcəyə ödəmələri - AÇIQLANDI | FED.az
17:12 10 Avq 2020

Dövlət Gömrük Komitəsi iyul ayında dövlət büdcəsinə 340 milyon 211 min manat vəsait toplayıb.

Eləcə də bax: Büdcəyə yığılan vergi və gömrük rüsumları azaldılır – SİYAHI, MƏBLƏĞLƏR

FED.az xəbər verir ki, bu məbləğin 84 milyon 126 min manatı gömrük rüsumu, 241 milyon 428 min manatı ƏDV, 11 milyon 816 min manat aksizlər, 2 milyon 840 min manatı isə yol vergisi olub.

Ümumilikdə bu ilin əvvəlindən ilk 7 ayda Gömrük Komitəsi dövlət büdcəsinə 2 milyard 360 milyon 037 min manat vəsait toplayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yığılan vəsait 4,8% azalıb. Xatırladaq ki, ötən liin 7 ayında DGK büdcəyə 2 milyard 478,5 milyon manat  vəsait toplamışdı.

2020-ci ildə gömrük xətti ilə büdcəyə yığımların məbləği azalsa da, dövriyyəni nəzərə aldıqda yığımın effektivliyi yüksəlib. Məsələ bundadır ki, 2020-ci ildə xarici ticarət dövriyyəsi daha kəskin azalıb. Bu ilin ilk 6 ayında (7 ayın nəticələri hələ açıqlanmayıb) Azərbaycanın xarici ticarət dövriyyəsi 34% azalaraq 12 676 milyon dollar təşkil edib. Ölkəyə idxal isə 41% azalaraq 4 milyard 989 milyon dollar olub.

Başqa sözlə, dövriyyə və idxal 35-41% azaldığı halda gömrük yığımlarında cəmi 4,8% geriləmə olub. 

Digər xəbərlər