İqtisadiyyat

Gömrükçülər gücləndirilmiş - İŞ REJİMİNDƏ ÇALIŞACAQ

Gömrükçülər gücləndirilmiş - İŞ REJİMİNDƏ ÇALIŞACAQ | FED.az
16:50 22 May 2020

Gömrük rəsmiləşdirilməsinin fasiləsiz şəkildə həyata keçirilməsi, ticarət-təchizat zəncirinin davamlılığının təmin olunması, sahibkarlara daha əlverişli şəraitin yaradılması məqsədilə gömrük orqanları qarşıdakı qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 

Eləcə də bax: Gömrükdə rəsmiləşmə müddəti azaldılır - XİDMƏT HAQQI AŞAĞI SALINIR - YENİLİK

FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. 

Məlumata görə, Azərbaycan ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən qarşıdan gələn qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri mayın 25-dən etibarən gündəlik iş rejimində fəaliyyətini davam etdirəcək.

Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.

Digər xəbərlər

Banner