İqtisadiyyat

Gürcüstan ərzaq almaq üçün - ƏLAVƏ ÖLKƏLƏR AXTARIR

Gürcüstan ərzaq almaq üçün - ƏLAVƏ ÖLKƏLƏR AXTARIR | FED.az
19:06 13 Aprel 2020

Gürcüstan qarabaşaq, düyü, sarımsaq və digər qida məhsulları üçün alternativ idxal bazarları axtarır.

Eləcə də bax: Koronavirus məhsul qıtlığına səbəb olacaqmı? - NAZİRLİKDƏN AÇIQLAMA

FED.az "report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Qeyd olunub ki, aprelin 12-dən iyunun 30-dək Avrasiya İqtisadi Birliyindən (Rusiya, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan) bəzi qida məhsullarının ixracına qadağa qoyulub.

Nazirlikdən bildirilib ki, bu qadağa Gürcüstan bazarında çatışmazlıq yaratmayacaq: “Bazarların diversifikasiyası üzərində iş aparılır. Hazırda ərzaq və ilkin tələbat qida məhsulları bir çox ölkələrdən idxal olunur. Bununla yanaşı, alternativ idxal bazarlarının tapılması istiqamətində danışıqlar da aparılır”. 

Banner
Banner

Digər xəbərlər