İqtisadiyyat

Hindistan iqtisadiyyatı Fransa və Britaniyanı - ÜSTƏLƏDİ – DÜNYADA 5-CİDİR

Hindistan iqtisadiyyatı Fransa və Britaniyanı - ÜSTƏLƏDİ – DÜNYADA 5-CİDİR | FED.az
17:20 20 Fev 2020

Hindistan iqtisadiyyatı 2019-cu ilin nəticələrinə görə, Fransa və Britaniyanı üstələyərək Ümumi Daxili Məhsulun həcminə görə dünyada 5-ci yerə yüksəlib.

FED.az xəbər verir ki, bu Beynəlxalq Valuyta Fondunun dünya iqtisadiyyyatı ilə bağlı məlumatları açıqlamasından sonra məlum olub. Fondun məlumatlarına görə, 2019-cu ilin sonuna Hindistanın ÜDM-i 3,2 trilyon dollara çatıb və ölkə bu göstəriciyə görə, Fransa (2,77 trilyon dollar) və Böyük Britaniyanı (2,72 trilyon dollar) üstələyərək dünya reytinqində 5-ci yerə yüksəlib. Reytinqə ABŞ başçılıq edir (22,32 trln.), sonrakı yerliri Çin (15,27 trln), Yaponiya (5,41 trln) və Almaniya (3,98 trln) tutur.

Qeyd edək ki, hələ 2010-cu ildə Hindistan dünya iqtisadiyyatında İtaliya və Braziliyaya uduzaraq 9-cu yeri tuturdu.

Son 10 ildə Hindistanda iqtisadi artım dünyada ən sürətlilərdən olub – illik ÜDM artımı 6-7%-təşkil edib. «McKinsey Global Institute» hesabatına görə, bu sürətli artımın səbəbi urbanizasiya və texnologiyaların geniş tətbiqi olub, hansı ki, ölkədə effektivliyin yüksəlməsinə və istehsalın artmasına səbəb olub.

Ümumiyyətlə, son 25 ildə Hindistanda görünməmiş iqtisadi artım olub. 1995-ci ildən indiyədək ölkə iqtisadiyyatı 8 dəfə böyüyüb. Hərçənd qarşıdakı illərdə artım sürətinin bir qədər zəifləyəcəyi gözlənilir, səbəb kredit problemidir.

Ekspertlər bildirir ki, bu gedişlə Hindistan iqtisadiyyatı 2026-cı ildə Almaniyanı ötüb 4-cü pilləyə, 2034-ci ildə isə Yaponiyanı üstələyərək dünyada 3-cü pilləyə yüksələ bilər.

Amma Britaniyada yerləşən İqtisadi və Biznes Araşdırmaları Mərkəzinin hesabatına görə, bu uğurlu islahatların aparıldığı halda mümkündür.

 

Bununla yanaşı, inkişafa baxmayaraq ölkədə çoxsaylı problemlər var, bunlardan ən əsası infrastrukturla bağlıdır.

Güclü iqtisadi artıma baxmayaraq ölkə hələ də bəzi problemləri həll edə bilməyib. Dünya Bankı hesab edir ki, ödkədə yeni imkanlara çıxış hələ qeyri bərabərdir və coğrafi vəziyyətdən asılı olaraq fərqlənir.

Bundan başqa, Hindistanın əhalisinin bir hissəsi hələ də yoxsuldur, ümumiyyətlə dünyadakı yoxsulların 4-də biri Hindistanda yaşayır. BMT-nin məlumatlarına görə, Hindistanın kənd əhalisinin yalnız 39%-i sanitar vasitələrdən (tualetlərdən) istifadə edir. Əhalinin demək olar yarısı təbii ehtiyaclarını açıq havada ödəyir.

Amma bu sahədə də inkişaf var, 2000-ci ildən 2015-ci ilədək Hindistanda yoxsalların sayı 160 milyon nəfər azalıb.

Digər xəbərlər

Banner