İqtisadiyyat

Hökumətin "Diqlas" TM-in sahibkarlarına dəstək planı - AÇIQLANDI

Hökumətin "Diqlas" TM-in sahibkarlarına dəstək planı - AÇIQLANDI | FED.az
16:58 28 Mart 2019

İqtisadiyyat naziri "Diqlas" ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlarla bağlı atılacaq addımları açıqlayıb

Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar bir sıra addımlar atılacaq”.

FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin iştirakı ilə bu gün Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirilmiş müşavirədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

O, ticarət mərkəzində icarədə olan sahibkarlara dəyən ziyanın müəyyənləşdirilməsi ilə bağlı görüşlərin keçirildiyini və ziyanla bağlı ilkin məlumatların alındığını diqqətə çatdırıb. Nazir iş adamlarına bir neçə istiqamətdə ilkin dövlət dəstəyinin göstəriləcəyini, müəyyən hallarda güzəştli kreditlərdən istifadə edilməsi ilə bağlı mexanizm üzərində işlənildiyini, sahibkarların yeni ticarət mərkəzi tikilənə qədər digər ticarət mərkəzlərində yerləşdirilməsi istiqamətində işlərin aparıldığını vurğulayıb. 

Eləcə də bax:Kəmaləddin Heydərov Nizami rayon İcra Hakimiyyətini ittiham etdi

Digər xəbərlər

Banner