Banner

İqtisadiyyat

İdxal və ixracla məşğul olan - ŞİRKƏTLƏRİN SAYI ARTIR

İdxal və ixracla məşğul olan - ŞİRKƏTLƏRİN SAYI ARTIR | FED.az
08:49 16 Aprel 2020

Xarici iqtisadi fəaliyyət (XİF) iştirakçılarının sayı artır.

2020-ci ilin ilk rübündə 5 mindən artıq şirkət idxal və ya ixrac fəaliyyəti ilə məşğul olub.

Eləcə də bax: Azərbaycanda sahibkarlara ixracla bağlı tələb olunan - SƏNƏDLƏR VERİLİB

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin ilk rübündə idxal və ixrac fəaliyyəti ilə 19 min 761 şəxs məşğul olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 min 23 şəxs çoxdur.

2020-ci ilin 1-ci rübündə idxal və ixrac fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin sayı 2019-cu ilin 1-ci rübü ilə müqayisədə 453 şəxs artaraq 5 min 260 şəxs, fiziki şəxslərin sayı isə 7 min 570 şəxs artaraq 19 min 761 şəxs təşkil edib.

2019-cu ildə xarici ticarət iştirakçılarının sayı 44 min 554 şəxs, o cümlədən hüquqi şəxslərin sayı 8 min 888 şəxs, fiziki şəxslərin sayı 35 min 666 şəxs təşkil etmişdi.

Marja

Digər xəbərlər

Banner