İqtisadiyyat

İnsanlar daha qənaətcil olacaq – COVİD-19 DÜNYANI DƏYİŞİR

İnsanlar daha qənaətcil olacaq – COVİD-19 DÜNYANI DƏYİŞİR | FED.az
22:09 9 May 2020

Koronavirus pandemiyası dünyadakı iqtisadi artımın zəifləməsi və geriləməyə ilə nəticələnməsi ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində tələbatın azalmasına, hökumətlərin, bizneslərin və istehlakçıların davranışlarında dəyişikliyə səbəb olacaq.

FED.az xəbər verir ki, bu barədə Avropalı ekspertlər Daniel Solomon və Giedrius Stalenis-in hazırladığı «COVID-19-un Dünya İqtisadiyyatına Təsirləri» haqqında hesabatda bildirilir.

"The Implications of COVID-19 for the Global Economy" HESABATI (İNGİLİSCƏ)

Hesabata əsasən, koronavirus ilk növbədə dünyada iqtisadi artımı zəiflədəcək. Bu özünü ən çox iri iqtisadiyyatlarda və koronavirusun zərər vurduğu ölkələrdə göstərəcək. 2019-cu ildə baş verən iqtisadi artımlar ikiqat simmetriya ilə geriləmə ilə əvəz olunacaq.

Belə ki, hesabat müəlliflərinin fikrincə, COVİD-19 pandemiyası nəticəsində 2020-ci ildə dünyada 3,1% geriləmə (2019-da 3% artım olmuşdu) olacaq.

Bu il təkcə Çində iqtisadi artım gözlənilir, o da çox cüzi – 0,5%. Halbuki ötən il bu rəqəm 6,1% idi. Bu il ABŞ-la 5,8% geriləmə (ötən il 2,3% artım olmuşdu), Yaponiya, da 5,5% geriləmə (ötən il 0,7% artım), Almaniyada 6,3% geriləmə (ötən il 0,6% artım), Britaniyada 6,7% geriləmə (ötən il 1,4% artım), Fransada 6,7% geriləmə (ötən il 1,3% artım), İspaniyada 8% geriləmə (ötən il 2% artım), İtaliyada 9% geriləmə (ötən il 0,3% artım) gözləniir (ətraflı qrafikdə).

Hökumətlər vəziyyəti düzəltmək, o cümlədən biznesin problemlərini həll etmək və istehlak aktivliyini bərpa etmək üçün müxtəlif üsullardan istifadə edirlər. Bu özünü vergi güzəştləri və iqtisadiyyata maliyyə axınlarında göstərir. Bununla yanaşı, hesabat müəllifləri bildirir ki, məhz COVID-19 bütün dünyada daha etibarlı dövlət və biznes planlamasının vacibliyini ortaya qoyub.

Koronavirus pandemiyası qlobal istehlak xərclərinə və istehlakçıların davranışlarına ciddi təsirini göstərəcək.

2020-ci ildə dünyada istehlak xərcləri 4,3% azalacaq. Pandemiya nəticəsində istehlakçı davranışları ilə yanaşı, alışlara münasibət də dəyişəcək.

Bu il iqtisvadiyyatın sahələri üzrə ən böyük azalma nəqliyyat (-9,3%) və istirahət-əyləncə sektorunda (-9%) qeydə alınacaq. Ev əşyaları və xidmətlərində 8,2%, hotel və restoran sektorunda isə 7,7% geriləmə baş verəcək. Satışların azalması özünü geyim satışlarından tutmuş, tibbi xidməğlər və dərman satışlarına qədər müxtəlif sahələrdə göstərəcək. Yalnız yemək və alkoqolsuz içki satışında artım baş verəcək.

Hesabata əsasən, bundan sonra insanlar öz xərclərini daha səliqəli və uzunmüddətə planlaşdıracaq, istehlak xərclərini azaldacaq və qənaətli davaranmağa üstünlük verəcəklər. Özü də bu təkcə 2020-ci ildə deyil, gələcək dövrlərdə də özünü göstərəcək.

Yaşlı insanların onlayn mağazalara axını baş verəcək, nəhayət, COVID-19 bütün dünyanın nağdsız ödənişlərə keçidi üçün katalizator rolunu oynayacaq.

COVID-19-un təsirləri özünü qlobal iqtisadiyyatın strukturunda da göstərəcək. Eləcə də, bu hadisə təchizat zəncirinin şaxələndirəcək və əmək bazarını avtomatlaşdıracaq.

Digər xəbərlər

Banner