İqtisadiyyat

İstehlak bazarında süni qiymət artımına nəzarət gücləndiriləcək

İstehlak bazarında süni qiymət artımına nəzarət gücləndiriləcək | FED.az
13:10 13 Okt 2016
İstehlak bazarında süni qiymət artımına yol verilməməsi üçün tədbirlər davam etdiriləcək.

Fed.az-ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyində keçirilən geniş kollegiya iclası zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Belə ki, nazir bildirib ki, bu sahədə dövlət və ictimai nəzarət gücləndiriləcək.

İstehlak bazarında təlabatın yerli məhsullar hesabına daha dolğun ödənilməsi və qiymət intizamına əməl olunmasına diqqətin artırılacağını bildirən Ş.Mustafayev bu məqsədlə mütəmadi olaraq təhlilərin aparılacağını və qiymət dəyişiklikləri baş verən hallarda müvafiq tədbirlər görüləcəyini vurğulayıb.

Digər xəbərlər