İqtisadiyyat

Manatın real effektiv məzənnəsi son 5 ildə - ƏN YÜKSƏK HƏDDƏ ÇATIB

Manatın real effektiv məzənnəsi son 5 ildə - ƏN YÜKSƏK HƏDDƏ ÇATIB | FED.az
12:31 22 İyun 2020

"Bu gün Azərbaycan manatının real effektiv məzənnəsi son 5 ildə ən yüksək həddə çatıb".

Eləcə də bax: "Azərbaycan iqtisadiyyatı bu il 2,6% geriləyəcək"

FED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə" mövzusunda keçirilən onlayn görüşdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, son 5 ildə Azərbaycan manatının real effektiv məzənnəsi pik həddə çatıb: "Belə bir şəraitdə, manatın məzənnəsinin sabitliyi təkcə əhalinin maraqları yox, həm də maliyyə və bank sektorları üçün əhəmiyyətli göstəricidir. Biz əvvəlcədən də bunu proqnozlaşdırmışdıq ki, Azərbaycan iqtisadiyyatı neftin aşağı qiymətlərinə immunitet qazanıb. Biz aprel ayında neftin hətta 20 ABŞ dollarından aşağı həddini gördük. Amma buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruya bildi və pandemiyanın təsirlərini minimuma endirilməsində öz sözünü dedi". Xatırladaq ki, manatın real effektiv məzənnəsi 1 may 2020-ci il tarixinə 107,4 bənd təşkil edib. Bu, 2016-cı ildən etibarən ən yüksək göstəricidir. (Apa)

Digər xəbərlər

Banner