İqtisadiyyat

Nazirlik yerli şirkətlərə xaricdə satış bazarları tapmağa - KÖMƏK EDƏCƏK

Nazirlik yerli şirkətlərə xaricdə satış bazarları tapmağa - KÖMƏK EDƏCƏK | FED.az
13:06 18 May 2020

İqtisadiyyat Nazirliyi qeyri-neft məhsullarının və ya məhsul qruplarının ixracı üçün yeni və mövcud ixrac bazarlarına çıxış imkanlarının tədqiqi məqsədi ilə xarici bazarı araşdıracaq.

FED.az xəbər verir ki, “Hədəf bazarlar: Çin Xalq Respublikası, Hindistan, MDB, Avropa Birliyi, Orta Şərq, Şərqi Asiya ölkələri”, - deyə nazirlikdən bildiriblər.

Maraqlanan şirkətlər cari il iyulun 15-də keçiriləcək müsabiqədə iştirak edə bilərlər. Müraciət edən ixracatçılar tərəfindən yalnız bir ölkə və bir məhsul seçilə bilər.

Seçim meyarları: sahibkarın müvafiq məhsul üzrə istehsal potensialı, sahibkarın istehsal etdiyi məhsulun hədəf ölkəyə (ölkələrə) ixrac potensialı, hədəf bazarlara aidlik.

Müsabiqənin təşkilatçısı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO). 

İnterfaks

Digər xəbərlər

Banner