İqtisadiyyat

Pandemiya insanlara 2.9 trilyon dollar qənaət etməyə - Kömək Edib

Pandemiya insanlara 2.9 trilyon dollar qənaət etməyə - Kömək Edib | FED.az
09:16 4 Mart 2021

Dünyanın ən böyük iqtisadiyyatlarının istehlakçıları pandemiya dövründə mağazaların bağlı olması və bir sıra hərəkət məhdudiyyətlərinin tətbiqi sayəsində əlavə 2.9 trilyon dollar qənaət ediblər.

Eləcə də bax: Pandemiyadan qaynaqlanan kredit itkiləri 1 trilyon dollara çata bilər

FED.az Banker.az-a istinadən xəbər verir ki,  bu barədə “Bloomberg” yazır. Mütəxəssislər qənaət edilən pulları pandemiya tənəzzülündən sonra iqtisadiyyatın bərpa olması üçün əsas hərəkətverici amil kimi qiymətləndirirlər.

“Bloomberg Economics”in analitiklərinə görə, qənaət edilən vəsaitin böyük hissəsi ABŞ, Çin, İngiltərə, Yaponiya və ən böyük Avropa ölkələrinin payına düşür. Hesablamalara görə, təkcə amerikalılar pandemiya dövründə 1.5 trilyon dollar qənaət ediblər ki, bu da ABŞ ÜDM-sinin iki qatına bərabərdir.

Karantin dövründə qənaət edilən pulların 2.8 trilyon yuanı (təxminən 430 milyard dollar) Çinin, 32.6 trilyon yeni (təqribən 300 milyard dollar) Yaponiyanın, 117 milyard dolları İngiltərənin, 142 milyard dolları Almaniyanın, 125 milyard dolları Fransanın, 66 milyard avrosu İspaniyanın və 54 milyard avrosu İtaliyanın payına düşüb.

Ekspertlərin fikrincə, istehlakçılar qənaət etdikləri vəsaitləri əsasən alış-verişə, restoran və əyləncəyə xərcləyəcəklər. Eyni zamanda bu pullar əvvəlki borcların ödənilməsinə sərf edilə bilər. Əgər ABŞ-da istehlakçılar pandemiya zamanı qənaət etdikləri bütün pulları xərcləsələr, ölkənin ÜDM-si 9% artacaq. Yox, vəsaitlər “döşək altında” saxlanılsa və heç xərclənməsə, ABŞ iqtisadiyyatı cəmi 2.2% böyüyəcək.

Banner
Banner

Digər xəbərlər