İqtisadiyyat

İş adamlarına 12 milyon manat - Ödənildi

İş adamlarına 12 milyon manat - Ödənildi | FED.az
10:37 14 Avq 2020

Nazirlər Kabineti tərəfindən fərdi sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilən qərara əsasən, 2-ci mərhələ çərçivəsində pandemiyadan zərər çəkən sahibkara 12 332,3 min manat vəsait ödənilib.

Eləcə də bax: İş adamlarına dövlət dəstəyi – YENİDƏN BAŞLADI – MƏBLƏĞLƏR

FED.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, avqustun 13-nə olan məlumata görə, 2-ci mərhələ çərçivəsində 49 329 fərdi sahibkara maliyyə dəstəyi göstərilib. 

Birinci mərhələdən fərqli olaraq, bu dəfə vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi alan vergi ödəyiciləri üzrə həyata keçirilir.

Digər xəbərlər