İqtisadiyyat

Qeyri-neft sektoruna investisiyalar - 10% AZALIB

Qeyri-neft sektoruna investisiyalar - 10% AZALIB | FED.az
10:25 15 Avq 2020

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatına 7 milyard 588,3 milyon manat sərmayə yatırılıb.

Eləcə də bax: İyulda Azərbaycan iqtisadiyyatına yatırımlar - KƏSKİN ARTIB – RƏQƏMLƏR

FED.az xəbər verir ki, bu vəsaitin 3 424,8 milyon manatı və ya 45%-i neft-qaz sektorunun payına düşüb. Sərmayələrin 55%-i və ya 4 163,5 milyon manatı isə qeyri-nefit sektoruna yönəldilib.

2019-cu ilin eyni dvrü ilə müqayisədə neft-qaz sektoruna yatırılan vəsaitlər 23,3% artıb, qeyri-neft sahəsinə yatırılan pullar isə 9,85% azalıb.

Paralel olaraq ölkənin qeyri-neft sənayesinə yatırılan vəsaitlər də də azalma baş verib. Belə ki, 2019-cu ilin ilk 7 ayında qeyri-neft səqnayesinə 772,9 milyon vəsait qoyulmuşdusa, 2020-ci ilin eyni dövründə vəsait 652,9 milyon manat təşkil edib – azalma 15,5%.

Digər xəbərlər