İqtisadiyyat

"Azərbaycanın qeyri-neft ixracı - 26,5% Artıb"

"Azərbaycanın qeyri-neft ixracı - 26,5% Artıb" | FED.az
16:26 6 May 2021

Bu ilin yanvar-aprel aylarında ilkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın qeyri-neft ixracı 26,5% artıb.

FED.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, təkcə aprel ayında 62,5% artım qeydə alınıb.

"Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. Pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir", - nazir əlavə edib. (Apa)

Banner
Banner

Digər xəbərlər