İqtisadiyyat

"Bunu görməyənlər kordur" - SƏFƏR MEHDİYEV QƏZƏBLİ DANIŞDI - VİDEO

"Bunu görməyənlər kordur" - SƏFƏR MEHDİYEV QƏZƏBLİ DANIŞDI - VİDEO | FED.az
13:09 4 Mart 2021

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib. 

Eləcə də bax: Gömrüyün sədri "700 milyon manat kəsir" - Məlumatından Danışdı

FED.az xəbər verir ki, Səfər Mehdiyev mətbuat konfransında bir sıra iqtisadçı-ekspertləri savadsızlıqda günahlandırıb, onların toplama və çıxmanı bilmədiklərini, Komitənin uğurlarını görməyənlərin kor olduğunu bildirib (videonun 43-cü dəqiqəsindən başlayaraq).

“Bunun heç bir kökü yoxdur. Heç bir hüquq-mühafizə orqanı komitədə yoxlama aparmayıb. Guya 700 milyon kəsir hesablanıb. Bu, kiminsə siyasi oyunu idi. Kimlərsə gündəmdə qalmaq istəyirdi. Biz zavod, fabrik deyilik ki, kəsirimiz olsun. Mən nəticələri təqdim etdim. Bunu görmürlərsə, kordurlar. Bəzi ekspertlər artımı devalvasiya ilə əlaqəndirirlər. Bu nəticələrin daha da yaxşı olması üçün fəaliyyət göstəririk. Nəyi yoxlayırlar? Buyurub gəlib yoxlasınlar. Biz qanunlarla işləyirik. Göstərdik ki, hansı mallar idxaldan azad edilib. Sən necə özündən 8 faiz çıxarıb hesablaya bilərsən?! Toplama-çıxma bilmirlərsə, ən az bizim differensial faizlərə baxsınlar”.  (Marja)

 

Banner
Banner

Digər xəbərlər