İqtisadiyyat

Şahin Mustafayev Bərdədə vətəndaşları qəbul edəcək

Şahin Mustafayev Bərdədə vətəndaşları qəbul edəcək | FED.az
09:52 21 Sen 2017

Sentyabrın 22-də İqtisadiyyat naziri Şahin Mustafayev Bərdədə Yevlax, Ağcabədi, Laçın və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən FED.az-a bildirilib ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən YAP-ın Bərdə rayon təşkilatının inzibati binasında (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, 102) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected] ) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az saytında və "Facebook" səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Digər xəbərlər

Banner