İqtisadiyyat

Səfər Mehdiyev: “10 kvadrat yerdə 7-8 işçi oturur, yeni bina zəruri idi”

Səfər Mehdiyev: “10 kvadrat yerdə 7-8 işçi oturur, yeni bina zəruri idi” | FED.az
13:18 4 Mart 2021

“Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının tikilməsi komitənin büdcədənkənar Fondu hesabına maliyyələşdiriləcək”.

Eləcə də bax: Dövlət Gömrük Komitəsinə - Yeni Bina Tikilir

FED.az xəbər verir ki, bu barədə DGK sədri Səfər Mehdiyev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. 

Sədr vurğulayıb ki, indiyə kimi komitənin həyata keçirdiyi layihələr də büdcədənkənar vəsaitlər hesabında həyata keçirilib: "Biz bu fondun gəlirlərini gizlətməmişik. Bəzən 8-10 milyon vəsaitimiz olur. 30 milyonluq binanın tikintisi üçün layihə 2-3 ilə fonddan cəlb ediləcək. 

Bu xərclər satınalma və tikinti normaları hesabına uyğun hesablanıb. Xərclərin icazəsinə Maliyyə Nazirliyi nəzarət edir. 

Binanın nə üçün tikilməsi barədə suallar da verilir. Bu gün komitənin mövcud binasında 10 kvadrat məsafədə 7-8 nəfər oturur. Bəzən işçilər 3 növbədə işə çıxırlar. Aparatın bir neçə idarəsi başqa yerlərdə icarədədir. Ona görə yeni inzibati binanın tikilməsi zəruri idi".  (Qafqazinfo)

Banner
Banner

Digər xəbərlər