İqtisadiyyat

Təcili: Azərbaycanda kapital və əmlak amnistiyası gözlənilir

Təcili: Azərbaycanda kapital və əmlak amnistiyası gözlənilir | FED.az
18:15 31 Mart 2020

Azərbaycanda kölgə iqtisadiyyatı azaldılması və iqtisadiyyatın şəffaflaşması məqsədilə ölkədə kapital və əmlak amnistiyası gözlənilir.

FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov prezident İlham Əliyevin qəbulunda bildirib. Nazir bildirib ki, indiyədək biznes və bank sektoru ilə aparılan müzakirələrdə bu məsələ də qaldırılıb.

Mikayıl Cabbarov bildirib: «Neft-qaz gəlirlərinin əvəz edilməsinə yönəlmiş siyasəti həyata keçirmək niyyətindəyik. Spesifik olaraq kölgə iqtisadiyyatı mövzusu da müzakirə edilibdir. Bu gün Sizin diqqətinizə məruzə etmək istərdim ki, bu müzakirələr zamanı istər özəl sektor nümayəndələri, istər bank sektorunun nümayəndələri, Azərbaycan Banklar Assosiasiyasının təmsilçiləri kölgə iqtisadiyyatının azaldılması və aradan qaldırılması prosesində vacib bir alətin, kapital və əmlak amnistiyasının baxılması vəsatətini qaldırıblar. Biz ümumi paketdə onu da hökumətə və Sizin diqqətinizə təqdim edəcəyik».

Digər xəbərlər