Banner

İqtisadiyyat

Tramp Honq Konqun xüsusi statusunu ləğv edir – ÇİNƏ YENİ SANKSİYALAR

Tramp Honq Konqun xüsusi statusunu ləğv edir – ÇİNƏ YENİ SANKSİYALAR | FED.az
11:18 30 May 2020

«Çin illərdir ABŞ iqtisadiyyatına milyardlarla dollar ziyan vurub. Bundan sonra onunla fərqli davranacağıq».

FED.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Çinlə bağlı son vəziyyət və Honq Konq barədə danışarkən bildirib.

Dünən keçirdiyi mətuat konfransında tramp bildirib ki, ABŞ hökuməti Honq Konq üçün nəzərdə tutulan xüsusi status aradan qaldıracaq.

Donald Tramp, bildirib ki, Çin uzun illərdir ABŞ-ın sənaye sirlərini oğurlayır: «ABŞ investorlarını Çin şirkətlərinin hərəkətlərindən qorumalıyıq».

Onun sözlərinə görə, Çin hökuməti ABŞ və dünyaya verdiyi vədlərə əməl etmir: «Təəssüf ki, bu sonda Honq Konq xalqına zərər verir. Biz görürük ki, Honq Konq artıq muxtariyyətini itirir. Bizə də bu ərazi üçün xüsusi statusu ləğ edirik».

Tramp Çinlə bağlı ciddi tədbirlər görüləcəyini bildirib: «Çinə qarşı hərəkətlərimiz güclü və ağlabatan olacaq. Honq Konqa verilən imtiyazların ləğvi prosesi başlayacaq və muxtariyyətə müdaxilə edən Çin rəsmilərinə qarşı sanksiyalar tətbiq ediləcək. Honq Konqla bütün münasibətlərimiz istisnasız alınacaq. ABŞ Çin üçün açıqdır və konstruktiv bir münasibət istəyir, bu ABŞ-ın xeyrinədir».

Digər xəbərlər

Banner