İqtisadiyyat

Türkiyə iqtisadiyyatı ötən il - 2%-ə Yaxın Böyüyüb

Türkiyə iqtisadiyyatı ötən il - 2%-ə Yaxın Böyüyüb | FED.az
11:43 1 Mart 2021

2020-ci ildə Türkiyədə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri 2019-cu illə müqayisədə 1,8% çox olub.

Eləcə də bax: "Moody's" Türkiyə iqtisadiyyatı üzrə - Proqnozunu Yüksəldib

FED.az xəbər verir ki, bu barədə Türkiyənın Statistika Təşkilatının (TÜİK) hesabatında bildirilir.

Sənəddə həmçinin deyilir ki, ötən ilin IV rübündə ölkə iqtisadiyyatı əvvəlki ilin eyni dövrünə nisbətən 5,9%, əvvəlki rüblə müqayisədə isə 1,7% böyüyüb.

2020-ci ildə Türkiyədə kənd təsərrüfatında 4,8%, sənayedə 2% artım qeydə alınıb, inşaat və xidmət sektorları isə müvafiq olaraq 3,5% və 4,3% kiçilib.

Ötən il Türkiyə iqtisadiyyatına qoyulmuş investisiyaların məbləği əvvəlki ilə nisbətən 6,5% artıb.

Hesabat dövründə ölkədə ev təsərrüfatlarının xərcləri 3,2%, o cümlədən istehlak xərcləri 2,3% artıb. (Apa)

Banner
Banner

Digər xəbərlər