İqtisadiyyat

Türkiyə ÜDM-i bu il 3,8% azalacaq - PROQNOZ

Türkiyə ÜDM-i bu il 3,8% azalacaq - PROQNOZ | FED.az
15:20 9 İyun 2020

Dünya Bankı bu il yeni növ koronavirus (COVID-19) pandemiyası fonunda Türkiyədə iqtisadiyyatının 3,8% azalacağını proqnozlaşdırır.

Eləcə də bax: Dünya Bankı Azərbaycan iqtisadiyyatı üzrə - PROQNOZUNU YENİLƏYİB

FED.az xəbər verir ki, Dünya Bankının "Global Economic Prospects: Europe and Central Asia" adlı hesabatının iyun buraxılışına istinadən verdiyi məlumata görə, bankın bundan öncəki yanvar proqnozunda Türkiyə iqtisadiyyatının 3% artacağı göstərilmişdi. 2021-ci ildə isə Türkiyə iqtisadiyyatının bərpa olaraq 5% artacağı proqnozlaşdırılır.

Bankın proqnozuna görə, ÜDM-in azalmasının əsasında ölkəyə investisiyaların davamlı azalması, zəif xarici tələb mühitində və pandemiya ilə bağlı olan məhdudlaşdırıcı tədbirlərin görülməsi səbəbindən ixracın azalması durur. (Apa)

Digər xəbərlər