İqtisadiyyat

Türkiyədən Azərbaycana 21 milyon dollarlıq - Hazır Geyim Gətirilib

Türkiyədən Azərbaycana 21 milyon dollarlıq - Hazır Geyim Gətirilib | FED.az
09:16 30 İyul 2020

2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 8,84 faiz artaraq 20,487 milyon dollar təşkil edib.

Eləcə də bax: Türkiyənin məşhur geyim satışı saytı - Azərbaycanlı Müştəriləri Blokladı

FED.az xəbər verir ki, bu barədəTürkiyə Ticarət Nazirliyindən bildiriblər.

İyun ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin iyunu ilə müqayisədə 100,6 faiz artıb və 3,949 milyon dollara bərabər olub.

2020-ci ilin yanvar-iyun aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz azalaraq 6,987 milyard dollar təşkil edib.

Hesabat dövründə hazır geyim ixracı Türkiyənin ümumi ixracının 9,8 faizini təşkil edib.

Son 12 ay ərzində (iyun 2019 - iyun 2020) Türkiyə 15,962 milyard dollar məbləğində hazır geyim ixrac edib. (Trend)

Digər xəbərlər