İqtisadiyyat

Xaricdən qızıl zinət əşyalarının idxalı - 21 DƏFƏ AZALIB

Xaricdən qızıl zinət əşyalarının idxalı - 21 DƏFƏ AZALIB | FED.az
18:00 15 Avq 2020

Koronavirus pandemiyası və onun qarşısının alınması üçün məhdudiyyətlərin tətbiq edilməsi ölkəyə qızıl-zinət əşyalarının idxalını kəskin azaldıb.

Eləcə də bax: Xaricdən gətirilən avtomobillərin idxal qiymətləri – MƏLUM OLDU

FED.az xəbər verir ki, 2020-ci ilin yanvar-iyul aylarında xaricdən Azərbacana cəmi 6,4 milyon dollarlıq zinət əşyaları və bijuteriya gətirilib. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, «Təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar; bijuteriya; sikkələr»in idxalı cəmi 6 milyon 423 min dollar olub.

Bu ötən ilin eyni dvründən 20 dəfə azdır. Doğrudur, ötən ilin göstəriciləri 2 milyard 138 milyon dolar təşkil edir. Amma bu məbləğin 2 milyvard dolları Neft Fondunun qızıl ehtiyatının ölkəyə gətirilməsi olduğuna görə, hesablamada həmin hissə nəzərə alınmayıb.

Nəticədə ötən ilin idxalı 138 milyon dolar qəbul edilib. Bu 2020-ci ilin eyni dövrü ilə müqayisədə 21 dəfə artıqdır. Qızıl idxalının belə kəskin azalmasının səbəbi, toyların qadağan edilməsi və qızıl mağazalarının işləməməsidir.

Digər xəbərlər