Yaranmış qeyri-müəyyən şəraitə və iqtisadiyyatda resessiyaya baxmayaraq, sığorta sektorunda ilin əvvəlindən başlanmış artım davam edir. Ötən ilin müvafiq dövrünə nəzərən 11 ayda sığorta haqları 9% artmışdır. Sığorta haqları könüllü həyat sığortasında 14%, könüllü qeyri-həyat sığortasında 7%, icbari sığorta növlərində isə bütövlükdə 4% artmışdır.
Eləcə də bax: Mərkəzi Bank 2021-ci il üçün planlarını açıqladı - TAM MƏTN
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2021-ci il üzrə pul siyasətinə dair bəyanatında deyilir.
Sığorta sektorunun aktivlərində ciddi azalma müşahidə edilməmişdir. Hazırda sektorun kapital mövqeyi onun yüksək ödəmə qabiliyyətini təmin edir. Dövr ərzində məcmu kapitalı məqbul səviyyədə olmayan 3 sığorta şirkəti mövcud qanunvericilik çərçivəsində görülən nəzarət tədbirləri nəticəsində sektordan kənarlaşdırılmışdır.
Qeydə edək ki, bunlar "Rəvan Sığorta", "Standard İnsurance" və "Amrah sığorta" şirkətləridir.
Sığortaçıların istehlakçılara münasibətdə bazar davranışları ciddi nəzarətdə saxanmışdır.
Sığorta qanunvericiliyinin təkmilləşdirilməsi, onun qabaqcıl beynəlxalq sığorta təcrübələrinə uyğunlaşdırılması, sığorta fəaliyyətinin rəqəmsallaşdırılması, peşəkar kadrların hazırlığı, sığorta istehlakçılarının maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.