Maliyyə

9 ayda kredit təşkilatlarına 400 milyon manata yaxın - MAYA QOYULUB

9 ayda kredit təşkilatlarına 400 milyon manata yaxın  - MAYA QOYULUB | FED.az
12:47 31 Okt 2019

2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycanın kredit təşkilatları tərəfindən 395,8 milyon manatlıq səhmlər emissiya edilib.

FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, 9 ay ərzində kredit təşkilatlarının səhm emissiyaları üzrə 11 dövlət qeydiyyatı aparılıb. Qeydiyyatların cəmi məbləği 395,8 milyon manatdır.

Eləcə də bax: Azərbaycanın dövlət bankları kredit qoyuluşunda - PAYINI ARTIRIB

9 ay ərzində sığorta şirkətlərinin 80 milyon manatlıq 6 səhm emissiyası dövlət qeydiyyatına alınıb.

Digər təşkilatlar 72 səhm emissiyası həyata keçiriblər. Bu emissiyaların cəmi məbləği 836,9 milyon manatdır.

Ümumilikdə 9 ay ərzində Palata tərəfindən 1 milyard 312 milyon manatlıq 89 səhm buraxılışı dövlət qeydiyyatına alınıb.

Digər xəbərlər