Maliyyə

AMB depozit hərracında 100 mln. manat - CƏLB EDİB

AMB depozit hərracında 100 mln. manat - CƏLB EDİB | FED.az
13:07 4 Avq 2020

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən FED.az-a verilən məlumata görə, 04.08.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 13 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 472,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.

Digər xəbərlər