Maliyyə

AMB: "Pulun mənbəyini göstərə bilirsənsə daha çox dollar almaq olar"

AMB: "Pulun mənbəyini göstərə bilirsənsə daha çox dollar almaq olar" | FED.az
13:07 30 Aprel 2021

“Azərbaycanda xarici valyuta alışında 20 min ABŞ dollarlıq limitin olması daxili təhlükəsizlik yox, bankların daxili nəzarət sistemlərinin idarə edilməsi ilə bağlı məsələdir”.

Eləcə də bax: "Banklara dollar satışı ilə bağlı məhdudiyyət qoymamışıq" - ELMAN RÜSTƏMOV

FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyev bu limitin tədbiq olması ilə bağlı məsələlərə aydınlıq gətirərkən deyib.

T.Əliyevin sözlərinə görə, qanunvericiliyə müvafiq olaraq risklilik səviyyəsindən asılı olaraq müəyyən əməliyyatlarla əlaqədar daxili nəzarət sistemlərində müvafiq olaraq tədbirlər görürlər:

“Bilirsiniz ki, nağd əməliyyatlar riskli əməliyyatlardır. Ona görə də onların mahiyyəti, məqsədi və sair ilə bağlı müəyyən məlumatları dəqiqləşdirirlər. Ona görə də hər hansı vətəndaş, müştəri almaq istədiyi xarici valyuta müqabilində banka təqdim etdiyi manat vəsaitinin necə əldə olunmasını təqdim etdikdə heç bir məhtudiyyət olmadan bu əməliyyatları apara bilərlər.

Misal üçün, bu əmlak satışı, əməkhaqqı və s. mənbə hesabına ola bilər. Banklar sadəcə olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq eyniləşdirmə, əməliyyatların məqsədi və mahiyyəti barədə dəqiqləşdirmə apardıqdan sonra bu əməliyyatları icra edir. Əgər spekulyativ yollara yəni qara bazara xidmət edən hallar olduğu təqdirdə qanunvericiliyin tələblərinə müvafiq olaraq banklar bu əməliyyatların aparılmasından imtina edirlər və müvafiq qaydada məlumatları təqdim edirlər. Bu qanunvericilik birinci gün deyil ki, ölkədə mövcuddur. Bundan əvvəllər də mövcud olub”. (Report)

Banner

Digər xəbərlər