Maliyyə

AMB: I rübdə Azərbaycandan çıxarılan kapitalın həcmi - 29% Artıb

AMB: I rübdə Azərbaycandan çıxarılan kapitalın həcmi - 29% Artıb | FED.az
14:36 14 İyun 2021

2021-ci ilin yanvar-mart aylarında Azərbaycandan $1 milyard 277,9 milyon məbləğində kapital çıxarılıb.

Eləcə də bax: Azərbaycan bu il xalis maliyyə öhdəliklərini 539 milyon dollara yaxın - Artırıb

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi tədiyə balansına dair məlumatda qeyd olunur.

2020-ci ilin I rübündə Azərbaycandan $990 milyon məbləğində kapital çıxarılıb. Beləliklə, cari ilin I rübündə Azərbaycandan kapitalın çıxarılma həcmi 29,1% artıb.

AMB qeyd edir ki, cari ilin yanvar-mart aylarında Azərbaycanın rezidentləri qiymətli kağızlar üzrə $173,8 milyon (2020-ci ilin I rübündə 169,5 milyon), xarici kreditlər üzrə $52,8 milyon məbləğində (2020-ci ilin I rübündə $88,7 milyon) faiz ödənişi həyata keçiriblər.

2020-ci ildə Azərbaycandan çıxarılan kapitalın həcmi 2019-cu illə müqayisədə 38,8% - $4 milyard 472,2 milyona qədər artıb. (İnterfaks)

Banner

Digər xəbərlər