Maliyyə

ARDNF-in ABŞ dollarında olan aktivlər üzrə nağd gəlirləri - 4 MİLYARD DOLLARA ÇATIB

ARDNF-in ABŞ dollarında olan aktivlər üzrə nağd gəlirləri - 4 MİLYARD DOLLARA ÇATIB | FED.az
12:57 6 Aprel 2020

Bu ilin mart ayının sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yalnız ABŞ dollarında ifadə olunan aktivlərdə gəlir əldə edilən nağd vəsaitlərin həcmi təxminən 4 mlrd. ABŞ dollarına bərabər olub.

Eləcə də bax: Neft Fonduna bu il 2,2 milyard dollardan çox vəsait - DAXİL OLUB

FED.az-ın Fonda istinadən verdiyi məlumata görə, ABŞ dollarında ifadə olunan istiqraz portfelində yalnız əsas məbləğin qaytarılmasına görə təqribən 2,4 mlrd. dollar həcmində nağd vəsaitin daxil olacağını bildirib.

Bundan əlavə, Fondun aktivlərinin 70%-ə qədərini borc öhdəlikləri və pul bazarları alətləri portfeli təşkil edir.

Digər xəbərlər

Banner