Maliyyə

Avrozonanın müsbət ticarət saldosu apreldə 10,9 mlrd. avroya çatıb

Avrozonanın müsbət ticarət saldosu apreldə 10,9 mlrd. avroya çatıb | FED.az
15:07 15 İyun 2021

Bu ilin aprel ayında Avrozonanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 10,9 mlrd. avro təşkil edib ki, illik ifadədə 2,3 mlrd. avro və ya 26,7% çoxdur.

Avrozonanın dövlət borcu - 11 Trln. Avronu Keçib

FED.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika Xidmətinin ilkin hesabatında deyilir.

Qeyd olunub ki, apreldə ixracın həcmi 43,2% artaraq 193,8 mlrd. avroya, idxalın həcmi isə 37,4% artaraq 182,8 mlrd. avroya çatıb. Avrozona daxilində ticarət dövriyyəsinin həcmi 61,9% artaraq 178,9 mlrd. avro təşkil edib.

İxrac üzrə ən böyük artım tempini Slovakiya (120,6%) və İtaliya (104,6%) nümayiş etdirib, ən böyük azalma isə Kipr (-17,7%) və İrlandiyada (-0,3%) qeydə alınıb.(APA)

Banner

Digər xəbərlər