Maliyyə

Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasının tərkibi yeniləndi

Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasının tərkibi yeniləndi | FED.az
11:18 15 May 2018

Azərbaycan Kredit Bürosu" MMC-nin Ümumi Yığıncağın iclası keçirilib. İclasda gündəlikdə duran məsələlərlə yanaşı təşkilati işlərə də baxılıb və yeni tərkibdə Müşahidə Şurası formalaşdırlması haqqında qərar qəbul edilib.

FED.az şirkətə istinadən xəbər verir ki, Asəf Hüseynov – Müşahidə Şurasının sədri, Şakir Rəhimov, Fərid Məmmədov, Elşən Bədirxanov, Kamran Məcidov, Zamiq Məmmədov, Ahmet Kudret İşler isə Müşahidə Şurasının üzvləri təsdiq edilib.

Müşahidə Şurasının yeni tərkibdə ilk iclasında Azərbaycan Respublikası Prezidentinin 4 may 2018-ci il tarixli Qərarı ilə “Kredit Büroları haqqında” Qanunana edilmiş dəyişikliklər müzakirə edilib və normativ aktdan irəli gələn tələblərin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi qərara alınıb.

Kredit tarixçələrini təşkil edən məlumatların daha da zənginləşdirilməsi üçün kommunal xidmətləri göstərən müəssisələrin informasiya sistemlərinin Büro ilə daha sıx inteqrasiyası üçün qarşıda yeni vəzifələr müəyyən edilib.

Yekunda Büronun fəaliyyətinin daha da genişləndiririlməsi məqsədi ilə yeni məlumat təchizatçılarının və istifadəçilərinin cəlb olunması, eyni zamanda vətəndaşlar tərəfindən Büronun xidmətlərinə əlçatanlığı daha da asanlaşdırmaq üçün qərarlar qəbul edilib.

“Azərbaycan Kredit Bürosu” MMC ölkədə fəaliyyət göstərən 8 bankın - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə 15 yanvar 2018-ci il tarixində yaradılmışdır.

Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.

Digər xəbərlər

Banner